“Hyundai”ın şüşəsini sındırıb pulu götürdü
07 mart 2016 13:14 (UTC +04:00)

“Hyundai”ın şüşəsini sındırıb pulu götürdü

0

Bakıda avtomobildən oğurluq edən şəxs tutulub. Lent.az Bakı şəhər Baş Polis İdarəsinə istinadən xəbər verir ki, Binəqədi RPİ 6-cı PB əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, martın 2-nə keçən gecə, Biləcəri qəsəbəsi Binəqədi şosesində Bakı şəhər sakini, 1963-cü il təvəllüdlü Vasib Musayevə məxsus «Hyundai» markalı avtomobildən, şüşəsi sındırılmaqla 78 ABŞ dollar və sənədlər oğurlamaqda şübhəli bilinən şəxs müəyyənləşdirilib. Gəncə şəhər sakini, 1988-ci il təvəllüdlü Elxan Allahverdiyev tutularaq istintaqa təhvil verilib.

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 374

Oxşar yazılar