“Həsən Azəri” və “Abdul Mətin”  öldürüldü - <span style="color:red;">YENİLƏNİB
01 aprel 2014 13:44 (UTC +04:00)

“Həsən Azəri” və “Abdul Mətin” öldürüldü - YENİLƏNİB

Suriyada daha iki Azərbaycan vətəndaşının öldürüldüyü barədə xəbər yayılıb.


 

APA-nın xəbərinə görə, ölənlər “İraq Şam İslam Dövləti” silahlı qruplaşmasının tərkibində vuruşan “Həsən Azəri” və “Abdul Mətin” ləqəbli Azərbaycan vətəndaşlarıdır.

Mücahidlər hər iki şəxsin fotosunu da yayıblar. 

Məlumatda “Abdul Mətin” ləqəbli döyüşçünün Elşad adlı Sumqayıt şəhər sakini olduğu qeyd olunub.

“Həsən Azəri”nin isə kimliyi açıqlanmasa da, onun Bakı şəhər sakini olduğu bildirilir.

Qeyd edək ki, Suriyada vəziyyət gərginləşəndən sonra bir qrup Azərbaycan vətəndaşı bu ölkəyə gedərək müxtəlif qruplaşmaların tərkibində vuruşmağa başlayıb. Ötən müddət ərzində həmin döyüşlərdə 100-dən çox azərbaycanlı öldürülüb. Onların bir çoxunun fotosu mücahidlər tərəfindən sosial şəbəkələrdə yayılıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4290
avatar

Oxşar yazılar