“Aztelekom” MMC-yə məxsus kabelləri kəsib apardılar
16 mart 2016 12:31 (UTC +04:00)

“Aztelekom” MMC-yə məxsus kabelləri kəsib apardılar

Oğurluq etmiş Köhnə Corat qəsəbə sakini tutulub. Lent.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Sumqayıt ŞPİ-nin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində  fevralın 19-dan 26-dək olan müddətdə Novxanı qəsəbəsində “Aztelekom” MMC-yə məxsus işlək vəziyyətdə olan rabitə kabelinin 126 metrlik hissəsini, paylayıcı kabelin 90 metrlik hissəsini və Corat qəsəbəsində paylayıcı kabelin 50 metrlik hissəsini kəsərək oğurlamış Köhnə Corat qəsəbə sakini, əvvəllər məhkum olunmuş İlham Atayev tutulub.

 

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 216
avatar

Oxşar yazılar