“AMAY” rəhbərinin işi üzrə istintaq başa çatdı
12 dekabr 2014 17:13 (UTC +04:00)

“AMAY” rəhbərinin işi üzrə istintaq başa çatdı

0

 

 “AMAY” ticarət mərkəzinin həbsdə olan rəhbəri Abdulla Abdullayevin barəsində olan cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.


 

Bu barədə APA-ya məlumat verən vəkil Əkbər Bağırov bildirib ki, təqsirləndirilən şəxsin vəkilləri cinayət işinin materialları ilə tanış olmağa başlayıblar.

 

Vəkil Əkbər Bağırov onu da bildirib ki, Abdulla Abdullayevin həbsdə qalma müddəti uzadılıb: “Binəqədi rayon Məhkəməsinin qərarı ilə A. Abdullayevin həbsdə qalma müddəti fevralın 4-nə kimi uzadılıb. Həmin qərardan apellyasiya şikayəti vermişik. Şikayətimizə dekabrın 15-də Bakı Apellyasiya Məhkəməsində baxılacaq”.

 

 

Abdulla Abdullayev Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə)  maddələri ilə təqsirləndirilir. 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 419

Oxşar yazılar