“AGBank” İrina Vlsavova məsələsinə aydınlıq gətirdi
20 iyun 2014 19:15 (UTC +04:00)

“AGBank” İrina Vlsavova məsələsinə aydınlıq gətirdi

Hörmətli həmkarlar,

 

Ötən gün Sosial şəbəkələrdə İrina Vlasova adlı yaşlı qadının “AGBank” işçiləri tərəfindən döyülməsi haqqında məlumat yayılıb. Statuslarda bildirilir ki, bu qadın zorla evindən çıxarılıb, bank əməkdaşları tərəfindən vəhşiliklə döyülüb. Səbəb isə qadının məhkəmə hökmü ilə boşaltmalı olduğu evindən çıxmaq istəməməsi olub. Qeyd edilib ki, guya bank işçiləri qadının evində olan 17 heyvanın da döyərək öldürüblər.

 

“AGBank” olaraq yayılan məlumatların tamamilə yanlış olduğunu bildiririk. Zabrat sakini İrina Vlasovanın köçürülməsi zamanı bu xanıma nəinki xəsarət yetirilməyib, əksinə onun və heyvanlarının köçürülməsi üçün xüsusi nəqliyyat vasitəsi tutulub. Bu məsələ ilə bağlı dəqiq və ətraflı məlumatı diqqətinizə çatdırırıq:

 

05.08.2008-ci il tarixində AGBank tərəfindən İrina Vlasovaya 24 ay müddətinə iri məbləğdə məbləğ kredit verilib. İ.Vlasova krediti götürmək üçün Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsində yerləşən, 45 kv.m. yaşayış sahəsindən ibarət 2 otaqlı mənzilini girov qoyub. Sonrakı müddət ərzində müştəri tərəfindən heç bir ödəniş həyata keçirilməyib. Buna  görə də bank məhkəməyə müraciət edib. Sabunçu Rayon Məhkəməsinin 21.01.2011-ci il tarixli qətnaməsinə əsasən müştəridən qayrarılmamış kreditin məbləği və onun faizinin ipoteka ilə yüklü edilmiş mənzilə yönəldilməsi qət olunub.  (Məbləğ müştərinin şəxsi sirri  olduğu üçün onu açmamağa üstünlük verdik).

Banka olan borcun ödənilməsi və qətnamənin icrası ilə bağlı Sabunçu rayon İcra Şöbəsinin icra məmurları və Bankın əməkdaşları dəfələrlə Irina Vlasovaya xəbərdarlıq ediblər. Lakin müsbət nəticə əldə edilməyib. Bank tərəfindən İrina Vlasovaya 13.06.2014-cü il tarixədək mənzilin könüllü boşaldılması üçün vaxt verildiyindən, mənzilin məcburi boşaldılması icra məmurları tərəfindən təxirə salınıb. Lakin həmin müddət başa çatsa da, yenə də heç bir tədbir görülməyib.

Nəhayət 18.06.2014-cü il tarixdə Sabunçu rayon İcra Şöbəsinin icra məmurları və tələbkar Bankın nümayəndələrinin iştirakı ilə icra tədbiri həyata keçirilib. Mənzilin boşaldılması zamanı İrina Vlasovaya heç bir təsir göstərilməyib, mənzildə olan heyvanlar (itlər – 27 ədəd, pişiklər – 20 ədəd, tısbağalar-12) şəxsən İrina Vlasovanın özü tərəfindən mənzildən çıxardılaraq heyvanlar üçün tutulmuş xüsusi avtomobilə yerləşdirilib. Heyvanlara qarşı nə bankın əməkdaşları nə də ki, icra məmurları tərəfindən heç bir təzyiq göstərilməyib.

O ki qaldı, İrina Vlasovanın əlində olan sıyrıqlar, bu xəsarətlər onun özünün saxladığı itlər tərəfindən yetirilib. AGBank hadisə ilə bağlı qərəzli və böhtan xarakterli məlumatlar yayılmasından təəssüfünü bildirir və bununla bağlı mediada düzgün informasiyanın yerləşdirilməsini istəyir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 902
avatar

Oxşar yazılar