Lənkəranda yol qəzası zamanı sərnişin ölüb - FOTO
02 iyun 2019 21:45 (UTC +04:00)

Lənkəranda yol qəzası zamanı sərnişin ölüb - FOTO

0
Lənkəranda bir nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib. 
 
ONA-nın cənub bürosunun verdiyi məlumata görə, rayonun Liman şəhərində "Mercedes" markalı mikroavtobusla "Renault" markalı minik avtomobili toqquşub.
 
Nəticədə yol kənarındakı hasara çırpılan mikroavtobusdakı sərnişin, Liman şəhər sakini 1983-cü il təvəllüdlü Vüqar Rzayev hadisə yerində vəfat edib. Həmin nəqliyyat vasitəsinin sürücüsü, 1984-cü il təvəllüdlü İxtiyar Şüşəxanov isə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. 
 
Yaralıya sol diz sümüyünün açıq sınığı və qapalı kəllə-beyin travması diaqnozu qoyulub. Faktla bağlı araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 751

Oxşar yazılar