Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Kür çayının Sabirabad rayonu, Muradbəyli kəndi ərazisindən axan hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub.
Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, dərhal Nazirliyin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunub və 1981-ci il təvəllüdlü, İsgəndərova Almaz Alməmməd qızının cəsədi batdığı yerdən tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 08:35-də başa çatıb.