Hacıqabulda qəza:  ər və arvad yaralandı
02 iyun 2016 07:58 (UTC +04:00)

Hacıqabulda qəza: ər və arvad yaralandı

Hacıqabulda baş verən avtoqəzada ər və arvad xəsarət alıb.

 

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə səhər saat 6.00 radələrində Bakı-Qazax magistralının 130-cu kilometrliyində, Hacıqabul rayonunun Muğan kəndində qeydə alınıb.

 

Ağdam rayonunun Baharlı kənd sakini, 1993-cü il təvəllüdlü Baxşəliyev Əli Adil oğlunun idarə etdiyi “Mercedes” markalı 10 MD 420 dövlət nömrə nişanlı avtomobil yolayrıcı betona çırpılıb.

 

Nəticədə sürücü və avtomobildə olan sərnişin-sürücünün həyat yoldaşı 1995-ci il təvəllüdlü Baxşəliyeva Nərgiz Nazim qızı kəllə-təpə nahiyəsinin xəsarətləri ilə Şirvan şəhər xəstəxanasına yerləşdirlib.

 

Faktla bağlı BDYPİ-də araşdırma aparıır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 199
avatar

Oxşar yazılar