Türkiyə mətbuatında yayılan xəbərlərə görə İstanbulun “Fənərbaxça” klubu almaniyalı Yürgen Kloppu növbəti mövsümdən komandaya baş məşqçi təyin etmək istəyir. Apasport.az saytının məlumatına görə, artıq bununla bağlı klubdan rəsmi açıqlama gəlib.
“Fənərbaxça”nın rəsmi saytından verilən xəbərdə klubun iddia edildiyi kimi nə Klopp, nə də hər hansı başqa bir məşqçi ilə danışıq aparmadığı bildirilib. Mövsümün sonunda qazanılacaq istənilən nəticədən asılı olmayaraq futbol komandasının baş məşqçisinin İsmayıl Qartal olacağı da vurğulanıb.
Rəsmi saytda verilmiş məlumatda həmçinin çempionatın bu kritik dönəmində ortaya atılan iddiaların kluba ziyan vurmaq üçün xüsusi olaraq planlaşdırıldığı qeyd olunub.