Cəlilabad rayonunda iki nəfərin ölümü ilə nəticələnən yol-nəqliyat hadisəsi baş verib. Lent.az-ın CTV-yə istinadən məlumatına görə, hadisə bu gün günorta saatlarında Ələt-Astara magistralının 133-cü kilometrliyində, Qarazəncir kəndi ərazisidə qeydə alınıb.
İmişli rayon sakini Quliyev Valeh İznullah oğlu sükanı arxasına olduğu "VAZ 2106" markalı minik avtomobili ilə Bakı istiqamətində hərəkətdə olarkən əks tərəfdən gələn Rusiya Fedarasiyası vətəndaşı Məhəmməd Rəşidovun İdarə etdiyi "Volvo" markalı qoşqulu yük avtomobili ilə toqquşub.
Nəticədə "VAZ 2106"-nın sürücüsü Valeh Quliyev hadisə yerində dünyasını dəyişib. Avtomobildə olan bir sərnişin isə müxtəlif dərəcəli bədən xasarətləri ilə Cəlilabad MRX-a çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.
Azərbaycanda dəhşətli qəza: ölənlər var
2712