<span style="color:red;">Ordumuzdan qəfil zərbə:  40 erməni hərbçisi məhv edildi
03 avqust 2014 12:38 (UTC +04:00)

Ordumuzdan qəfil zərbə: 40 erməni hərbçisi məhv edildi

0
Avqustun 1-dən 2-nə keçən gecə cəbhənin Tərtər istiqamətində Azərbaycan və erməni silahlı bölmələri arasında baş vermiş şiddətli toqquşmanın təfərrüatları bəlli olub.


Ərazinin müdafiəsinə cavabdeh olan hərbçilərin APA-nın cəbhə xəttinə ezam olunmuş əməkdaşına verdikləri məlumata görə, avqustun 2-nə keçən gecə Azərbaycan hərbçilərinin Tərtər rayonunun Seysulan kəndi istiqamətində həyata keçirdikləri preventiv tədbirlər nəticəsində ərazidə diversiya-təxribat törətməyə hazırlaşan erməni bölmələri məhv edilib.

Belə ki, Azərbaycan hərbçiləri erməni silahlı bölmələrinin Seysulan istiqamətində - səngərdən bir qədər kənarda düşərgə saldıqlarını aşkarlayıblar.

Düşərgəni aşkarlayan hərbçilərimiz qəfil hücuma keçərək, erməni xüsusi təyinatlılarının düşərgədəki 5 çadırını və nəqliyyat vasitələrini məhv ediblər. Atışmada düşmənin ümumilikdə 40 nəfərə yaxın itki verdiyi bildirilir. Döyüşdə Azərbaycan Silahlı Qüvvələri də 3 şəhid verib.

Hərbçilərin sözlərinə görə, ermənilər hazırda həmin istiqamətə aparan bütün yolları bağlayıblar. Cəbhəyanı erməni kəndlərində təşviş müşahidə olunur.

 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 39346

Oxşar yazılar