Bakıda 2 piyadanı maşın vurdu
02 avqust 2014 11:55 (UTC +04:00)

Bakıda 2 piyadanı maşın vurdu

0

Paytaxtda iki piyadanı maşın vurub. Bu barədə Lent.az-a Bakı şəhər Baş Polis İdarəsindən məlumat verilib. Hadisələrdən biri iyulun 31-i saat 23:10 radələrində, Suraxanı rayonu Yeni Suraxanı keçidinin yaxınlığında qeydə alınıb. Bakı şəhər sakini, 1960-cı il təvəllüdlü Asim Musayev idarə etdiyi «Mercedes» markalı avtomobillə Biləsuvar rayon sakini, 1986-cı il təvəllüdlü Elnur Məmmədovu vurub. Nəticədə piyada aldığı xəsarətdən hadisə yerindəcə keçinib.

 

Digər hadisə isə Suraxanı rayonu Yeni Günəşli qəsəbəsində baş verib. Şamaxı rayon sakini, 1984-cü il təvəllüdlü Rəvan Zülfüqarov idarə etdiyi «Mercedes» markalı avtomobillə qəsəbə sakini, 1956-cı il təvəllüdlü Nəsibə Rəhimovanı vuraraq öldürüb.

 

Hər iki faktla bağlı cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 893

Oxşar yazılar