80 yaşlı qadını maşın vuraraq, öldürüb - YENİLƏNİB
28 iyun 2014 10:55 (UTC +04:00)

80 yaşlı qadını maşın vuraraq, öldürüb - YENİLƏNİB

Göyçay şəhərində piyadanın ölümü ilə nəticələnən avtomobil qəzası baş verib.

APA-nın məlumatına görə, hadisə iyunun 28-də gecə saat 00:30 radələrində Nizami küçəsində qeydə alınıb.

 

Şəhərin Heydər Əliyev küçəsində yerləşən bina 197, mənzil 12-də yaşayan 1983-cü il təvəllüdlü Abbasov Taleh Əlövsət oğlu idarə etdiyi 23-BC-380 dövlət nömrə nişanlı “VAZ 21011” markalı minik avtomobili ilə yolu keçən piyadanı, şəhərin Nizami küçəsindəki 84 saylı evdə yaşayan 1934-cü il təvəllüdlü  Şərifova Gülnaz Səid qızını vurub.

 

Müxtəlif dərəcəli bədən xəsarətləri alan Gülnaz Şərifova Göyçay rayon Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının maşını ilə mərkəzi rayon xəstəxanasına aparılarkən yolda dünyasını dəyişib. Piyadanı vurub öldürən maşının sürücüsü hadisə yerindən qaçsa da, sonradan özü könüllü olaraq, rayon polis şöbəsinə gəlib və hadisəni ehtiyatsızlıq səbəbindən törətdiyini bildirib.

 

İlkin məlumata görə, hadisəyə avtomobilin sürətlə idarə olunması və küçənin işıqlandırılmaması səbəbindən ərazinin qaranlıq olduğu bildirilir.

      

Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən cinayət işi açılıb, araşdırma aparılır. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 782
avatar

Oxşar yazılar