80 yaşlı kişi arvadını öldürdükdən sonra yandırıb
11 iyun 2014 01:52 (UTC +04:00)

80 yaşlı kişi arvadını öldürdükdən sonra yandırıb

0
Qazaxda dəhşətli qətl hadisəsi baş verib.

Qazax rayon Prokurorluğundan APA-nın qərb bürosuna verilən məlumata görə, hadisə iyunun 10-da günorta saatlarında rayonun İkinci Şıxlı kəndində baş verib. Kənd sakini 80 yaşlı Musa Musayev övladlarının evdə olmadığı vaxtda həyat yoldaşı Gülşad Musayevanı qətlə yetirdikdən sonra yandırıb.

 

 

Yanğın zamanı evin mətbəxi tamamilə yararsız hala düşüb. G.Musayevanın yanmış meyiti ekspertizaya göndərilib. Həyat yoldaşını öldürməkdə şübhəli bilinən Musa Musayev isə Qazax rayon polis şöbəsinə aparılıb.

 

Faktla bağlı Qazax rayon Prokurorluğunda cinayət işi açılıb, istintaq gedir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1462

Oxşar yazılar