800 dollara silah-sursat satarkən yaxalandı
14 iyun 2017 14:25 (UTC +04:00)

800 dollara silah-sursat satarkən yaxalandı

0

Qazax rayon sakini silah satarkən tutulub. Lent.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsi və Qazax RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Qazax rayon sakini, əvvəllər məhkum olunmuş Şahməddin Mustafayev 1 ədəd "Naqan" markalı tapançanı, 8 ədəd patronu və 1 ədəd xəncəri 800 ABŞ dollarına satarkən tutulub.

 

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 272

Oxşar yazılar