79 yaşlı atanın imtina etdiyi əkizləri ailəsinə qaytarıldı
12 sentyabr 2014 11:03 (UTC +04:00)

79 yaşlı atanın imtina etdiyi əkizləri ailəsinə qaytarıldı

 

Masallıda valideynlərinin imtina etdikləri əkiz uşaqlar ailəsinə qaytarılıb. APA TV-nin cənub bürosunun məlumatına görə, bu, rayonun icra strukturlarının müdaxiləsindən sonra mümkün olub. Əməlindən peşman olan ata, 79 yaşlı Əliniyaz Nəzərov bir neçə gün öncə körpələrin dalınca Bakıya getsə də, uşaq evindən əkizləri ona verə bilməyəcəklərini bildirmişdilər. Məhz Masallı rayonunun müvafiq orqalarının köməkliyi sayəsində körpələr Bakıya ezam olunmuş həkim briqadasının müşayəti ilə təcili yardım maşınında gətirilərək valideynlərinə təhvil verilib. Körpələr həkim müayinəsindən keçirilib və səhhətlərində heç bir problemin olmadığı bildirilib.

 

Ailənin sosial təminatının gücləndirilməsi məqsədilə rayonun müvafiq qurumlarına tapşırıqlar verilib.

 

Qeyd edək ki, iki həftə öncə Masallının Şatıroba kənd sakini, 33 yaşlı Şahnaz Həsən qızı Nəzərova rayonun Boradigah qəsəbə xəstəxanasında əri, 79 yaşlı Əliniyaz Əşrəf oğlu Nəzərovla nikahından əkiz – qız və oğlan uşağı dünyaya gətirib. Amma doğuşdan cəmi bir neçə saat sonra ana hamını şoka salan ağılasığmaz hərəkət edib. O, övladlarını doğum şöbəsində qoyaraq evinə qayıdıb. Hər iki körpə Bakıdakı uşaq evlərinin birinə yola salınıb.

 

79 yaşlı Əliniyaz Nəzərov 3 dəfə evlilik həyatı yaşayıb. Sözügedən əkizlərdən əlavə onun daha 3 övladı – 2 oğlu, 1 qızı var.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2245
avatar

Oxşar yazılar