Cəlilabad rayonunda külli miqdarda narkotik vasitə satan şəxslər tutulub. Lent.az xəbər verir ki, Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cəlilabad rayonunda rayon sakinləri Şöylət Ağayev və Şahin Əliyev 5 kiloqram 865 qram tiryəki satarkən yaxalanıblar. Ş.Ağayevin üzərinə baxış zamanı 10,215 qram heroin aşkar edilərək götürülüb.
Araşdırma aparılır.