Corabın içərisində keçirilən psixatrop maddə aşkar edildi
15 aprel 2016 10:16 (UTC +04:00)

Corabın içərisində keçirilən psixatrop maddə aşkar edildi

0

Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” Gömrük Postunda  İran İslam Respublikasından Azərbaycan Respublikasına  piyada yolla  gələn Azərbaycan Respublikası vətəndaşının üzərində qanunvericiliyə  uyğun olaraq şəxsi yoxlama aparılıb.  Lent.az-ın dövlət gömrük komitəsinin saytına istinadən verdiyi məlumata görə, yoxlama zamanı onun sol ayağındakı  corabın  içərisindən şəffaf selofanda gömrük nəzarətindən gizlədilən, xalis çəkisi  5,81 qram olan psixatrop maddə- metamfetamin  aşkar  olunaraq  götürülüb.

 

Xatırladaq ki, metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixatrop maddələrin”in I Siyahısına daxildir. Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 260

Oxşar yazılar