Bakıda dənizdə batan şəxsin meyiti tapıldı
18 iyul 2018 18:25 (UTC +04:00)

Bakıda dənizdə batan şəxsin meyiti tapıldı

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhərinin Sabunçu rayonunda dənizdə (ən yaxın xilasetmə məntəqəsindən 1000 metr aralı, nəzarətsiz ərazi) 1 nəfərin batması barədə məlumat daxil olub. Lent.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, 1960-cı il təvəllüdlü Hüseynov Tərlanın cəsədi hadisə yerinə cəlb olunmuş Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən tapılaraq sudan çıxarılmış və aidiyyəti üzrə təhvil verilib.

Əməliyyat başa çatıb.​

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 320
avatar

Oxşar yazılar