Sumqayıt şəhərində 57 yaşlı qadını maşın vuraraq öldürüb.
Lent.az-ın “Report”a istinadən xəbərinə görə, hadisə Bakı-Quba yolunun Hacı Zeynalabdin qəsəbəsi ərazisinə düşən hissəsində baş verib.
1961-ci il təvəllüdlü Sumqayıt şəhər sakini Sultanova Xuraman Əlcan qızı magistral yolun Sumqayıt şəhər H.Zeynalabdin qəsəbəsi ərazisində yolu keçmək istəyərkən naməlum avtomobil tərəfindən vurulub. Qadın aldığı xəsarətlərdən dünyasını dəyişib. Onun meyiti aidiyyəti üzrə təhvil verilib.
Hadisəyə, qəza baş verən ərazinin işıqlandırılmaması və həmin ərazidə piyada keçidinin olmaması səbəb kimi göstərilir.
Faktla bağlı araşdırma aparılır.