55 yaşlı qadını maşın vurdu - Bakıda
23 iyun 2016 05:22 (UTC +04:00)

55 yaşlı qadını maşın vurdu - Bakıda

0

Nərimanov rayonunda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib. 

 

Lent.az-ın “musavat.com”-a istinadən xәbәrinə görə, hadisə Ziya Bünyadov prospektində qeydə alınıb.

 

Gecə saatlarında piyada keçidi olmayan yerdən yolu keçmək istəyən 55 yaşlı Naşxanım Səftərovanı maşın vurub.  Hadisədən sonra sürücü ərazidən uzaqlaşıb.  Yaralı xəstəxanaya gətirilib. Həkimlərin müdaxiləsi nəticəsində onun həyatını xilas etmək mümkün olub.

 

Faktla əlaqədar Nərimanov Rayon Polis İdarəsində araşdırmalar aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 480

Oxşar yazılar