50 yaşlı kişi parkda qətlə yetirilib - YENİLƏNİB
28 iyun 2014 12:41 (UTC +04:00)

50 yaşlı kişi parkda qətlə yetirilib - YENİLƏNİB

0

 

 

Bakıda qətl hadisəsi baş verib.


 

Binəqədi Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə bu gün rayon ərazisində yerləşən Ramiz Aboyev adına istirahət parkında qeydə alınıb.

 

Zərdab rayonunda anadan olan, 1967-ci il təvəllüdlü Şəhriyar Qiyas oğlu Əhədov  aralarında yaranan münaqişə zəminində tanışı, 1964-cü il təvəllüdlü Namiq Ağa oğlu Ağayevi bıçaqlayaraq qətlə yetirib.

 

Polis və prokurorluq orqanlarının birgə keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində hadisəni törədən Ş. Əhədov tutulub.

 

Faktla bağlı araşdırma aparılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1683

Oxşar yazılar