Paytaxtda kolbasa oğurlayan şəxs həbs edilib. Daxili İşlər Nazirliyindən Lent.az-a bildirilib ki, Nəsimi Rayon Polis İdarəsi 22-ci Polis Bölmsi və Nəsimi Rayon Mühafizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cəmil Bağırova məxsus mağazanın qarşısından 50 kq kolbasa oğurlamış Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Emin İmanov tutulub.
Faktla bağlı araşdırma aparılır.