4 uşaq atası olan hərbçimiz Qazaxda dəfn edildi
01 avqust 2014 13:56 (UTC +04:00)

4 uşaq atası olan hərbçimiz Qazaxda dəfn edildi

0

Ötən gün cəbhə xəttində düşmənin həmləsini dəf edərkən şəhid olan Azərbaycan Ordusunun giziri Almazov İsə Ziyad oğlu doğulduğu kənddə dəfn edilib.


 

Qazax rayon İcra Hakimiyyətindən APA-nın qərb bürosuna verilən məlumata görə, 1977-ci il təvəllüdlü Almazov İsə Ziyad oğlu doğulduğu Cəfərli kəndində torpağa tapşırılıb. Dəfn mərasimində rayonun İcra Hakimiyyətin başçısı və aparatın nümayəndələri, hüquq-mühafizə orqanların işçiləri və ictimaiyyət nümayəndələri iştirak edib. Həmçinin şəhidin xidmət etdiyi hərbi hissinin təmsilçiləri dəfn mərasiminə qatılıblar. Məlumata görə İsə Almazovun 4 övladı var.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 4259

Oxşar yazılar