4 otaqlı ev yanaraq kül olub
27 iyun 2014 23:29 (UTC +04:00)

4 otaqlı ev yanaraq kül olub

0
Masallıda fərdi yaşayış evində güclü yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyinin (FHN) Masallı Rayon Yanğından Mühafizə HissəsindənAPA-nın cənub bürosuna verilən məlumata görə, hadisə iyunun 27-də saat 19.30 radələrində rayonun Çayqırağı kənd sakini, 1938-ci il təvəllüdlü Mikayıl Əlinağı oğlu Hüseynova məxsus fərdi evdə qeydə alınıb.

 

Hadisə yerinə Masallı Rayon Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi ilə birlikdə 4 yanğınsöndürən maşını cəlb olunub. Onların operativ müdaxiləsi nəticəsində yanğının yaxınlıqdakı yaşayış evinə keçməsinin qarşısı alınsa da, ümumi sahəsi 180 kv.m olan birmərtəbəli 4 oaqlı kürsülü ev içindəki əşyalarla ilə birlikdə tamamilə yanaraq kül olub.

 

Yanğının başvermə səbəbləri həyata keçirilmiş ekspertizanın rəyindən sonra bəlli olaсaq.

 

Faktla bağlı araşdırma aparılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 534

Oxşar yazılar