Bakıda civə satan şəxs tutulub. Lent.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Elxan Baxşıyev 1 kiloqram 297,94 qram zəhərləyici maddə olan metallik civəni 4000 manata satarkən yaxalanıb.
Araşdırma aparılır.