Maskalı şəxslər evə girib ona və həyat yoldaşına HÜCUM ETDİ - 4 il sonra...
Hadisəni törədən şəxs polis tərəfindən saxlanılıb.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, Şəhər Polis Şöbəsinin və Kriminalistik Təhqiqatlar İdarəsinin əməkdaşları tərəfindən birgə keçirilmiş əməliyyat tədbirləri nəticəsində 4 il öncə baş vermiş quldurluq cinayətinin üstü açılıb və həmin əməli törədən şəxs məsuliyyətə cəlb olunub.
Belə ki, 2015-ci il mayın 31-də Mingəçevir şəhər sakini V.İbrahimovun evinə daxil olan maskalı şəxslər ona və həyat yoldaşına zor tətbiq edib, müxtəlif xəsarətlər yetiriblər. Daha sonra oradan uzaqlaşıblar. Müraciət daxil olan kimi hadisə yerinə gələn polis əməkdaşları tərəfindən ətrafa baxış keçirilib, baş vermiş cinayətin detalları araşdırılıb, cinayətkarın müəyyən olunması istiqamətində müvafiq tədbirlər həyata keçiriliib. Lakin həmin vaxt cinayətkarları isti izlərlə yaxalamaq mümkün olmayıb. Aradan 4 il keçdikdən sonra həmin əməli törədən şəxsin Zaur Məmmədyarov olduğu müəyyən edilib və o, məsuliyyətə cəlb edilib.
791