Gəncədə bıçaqlanma olub. APA-nın qərb bürosunun verdiyi məlumata görə, şəhər sakini 1974-cü il təvəllüdlü Sevinc Xəlilova bədənin müxtəlif nahiyələrinin bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib və ambulator müalicəyə buraxılıb.
Məlumata görə, S. Xəlilova xalası oğlu tərəfindən bıçaqlanıb. Hadisəni törədən şəxs polis tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.