3 otaqlı ev və transformator yandı
29 aprel 2015 00:31 (UTC +04:00)

3 otaqlı ev və transformator yandı

Balakəndə fərdi yaşayış evi, Zaqatalada isə transformator yanıb. Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna Fövqəladə Hallar Nazirliyinin (FHN) Balakən və Zaqatala rayonlarının Dövlət Yanğından Mühafizə Hissələrindən məlumat verilib. FHN-nin Balakən rayon DYMH-dən verilən məlumata görə, yanğın rayonun   Şərif kəndində Abdusalam Sabir oğlu Kahayevə məxsus,  ümumi sahəsi 120 kv/m olan birmərtəbəli, 3 otaqlı kürsülü fərdi yaşayış  evində baş verib. Hadisə yerinə FHN-nin Balakən rayon DYMH-nin texnikası və canlı qüvvəsi cəlb edilib. Yanğın nəticəsində evin dam örtüyünün yanar konstruksiyaları 120 kv/m sahədə və ev əşyaları qismən yanıb.  Evin qalan hissəsi yanğından mühafizə olunub.


FHN-nin Zaqatala rayon DYMH-dən verilən məlumata görə, daha bir yanğın “Azərişıq” ASC-nin Zaqatala rayonu, Danaçı kəndində yerləşən yarımstansiyasında, gücü 35/10 kVt olan transformatorda baş verib. Hadisə yerinə FHN-nin Zaqatala rayon DYMH-nin texnikası və canlı qüvvəsi cəlb edilib. Yanğın nəticəsində transformatorun  giriş və çıxış kabelləri,  sarğıları və yağ çəninin üzərinə dağılmış yağ yanıb. Transformatorun çənində olan 4 ton yağ və yaxınlıqdakı digər transformatorlar yanğından mühafizə  olunub. Məlumatlara əsasən hər iki yanğın hadisəsində xəsarət alan olmayıb.


Hər iki faktla bağlı FHN-nin Balakən və Zaqatala rayonlarının DYMH-də araşdırma aparılır. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 225

Oxşar yazılar