Dünən ölkədə 3 nəfər cərəyan vurmasından ölüb. Lent.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, sentyabrın 22-də Bərdə rayonunun Əliyanlı kənd sakini Ceyhun Məmmədovu, Tovuz rayonunun Köhnə Qala kənd sakini Rasim Məsimovu, Ağsu rayonunun Hinqar kənd sakini Sevda Cəlilovanı elektrik cərəyanı vurması nəticəsində ölüb.
Araşdırmalar aparılır.