37 yaşlı qadın özünü öldürmək istədi
28 fevral 2016 16:52 (UTC +04:00)

37 yaşlı qadın özünü öldürmək istədi

0

Bərdə rayonunun Xanərəb kəndində qadın kimyəvi maddə içərək intihara cəhd edib. Lent.az Report-a istinadən xəbər verir ki, 37 yaşlı yerli sakin Rəsmiyyə Həsənova kənd təsərrüfatında ziyanvericilərə qarşı istifadə olunan maddəni qəbul edərək özünə qəsd etmək istəyib.

Yaxınları hadisədən dərhal xəbər tutub. Qadın xəstəxanaya çatdırılıb. Reanimasiya şöbəsinə yerləşdirilən zərərçəkənin həyatını xilas etmək mümkün olub.

Hadisə ilə bağlı rayon Polis şöbəsində araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 382

Oxşar yazılar