34 yaşlı qadını ilan sancdı
10 iyun 2015 23:36 (UTC +04:00)

34 yaşlı qadını ilan sancdı

Şəkidə 34 yaşlı qadını ilan sancıb.

 

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, hadisə rayonun Zunud kəndində  qeydə alınıb.

 

Zunud kənd sakini, 1981-ci il təvəllüdlü Həvva Abdulla qızı İsmayılova yaşadığı evin həyətyanı sahəsində gəzərkən qəfildən onun sağ ayağının bud nahiyəsindən  ilan sancıb. 34 yaşlı Həvva İsmayılova təcili Şəkidən Qax Rayon Mərkəzi Xəstəxanasına (RMX) aparılıb.

 

Qax RMX-dan APA-ya verilən məlumata görə, Həvva İsmayılova  xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib, ona lazımi tibbi yardım göstərilib, vəziyyəti hazırda orta-sağır qiymətləndirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 222

Oxşar yazılar