Azərbaycanda qardaş bacını qətlə yetirib - <span style="color:red;">YENİLƏNİB
13 iyun 2014 17:51 (UTC +04:00)

Azərbaycanda qardaş bacını qətlə yetirib - YENİLƏNİB

0

 

Şəmkirdə 33 yaşlı qadının qardaşı tərəfindən öldürüldüyü məlum olub.

 

Şəmkir Rayon ProkurorluğundanAPA-nın qərb bürosuna verilən məlumata görə, 33 yaşlı Nəsibə Tağılını qardaşı, 25 yaşlı Adil Tağılının qətlə yetirdiyi müəyyən edilib.

 

 

A. Tağılı saxlanılıb.

 

Qətl hadisəsi ötən gecə rayonun Çaparlı kəndində baş verib. Kənd sakini, 1981-ci il təvəllüdlü Tağılı Nəsibə Akif qızı yaşadığı evdə bıçaqlanaraq qətlə yetirilib.

 

 

***

 

12:00

 

Şəmkirdə 33 yaşlı qadın qətlə yetirilib.


 

Şəmkir Rayon Prokurorluğundan APA-nın qərb bürosuna verilən məlumata görə, hadisə ötən gecə rayonun Çaparlı kəndində baş verib.

 

Kənd sakini, 1981-ci il təvəllüdlü Tağılı Nəsibə Akif qızı yaşadığı evdə bıçaqlanaraq qətlə yetirilib. Şəmkir Rayon Prokurorluğunun əməkdaşları hadisə yerində araşdırma aparırlar.

 

Məlumata görə N. Tağılı azyaşlı bacısı qızı ilə bir yerdə yaşayırmış.

 

Faktla bağlı cinayət işi açılıb. İstintaq aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 5607

Oxşar yazılar