32 yaşlı iki uşaq anası özünü fermada asdı
20 oktyabr 2019 21:41 (UTC +04:00)

32 yaşlı iki uşaq anası özünü fermada asdı

 
 
Ağsu rayonunda intihar hadisəsi baş verib. 
 
APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün rayonun Bənəcik kəndində qeydə alınıb. 
 
Rayonun Nəmirli kənd sakini, 1987-ci il təvəllüdlü Süleymanova Zümrüd Yadigar qızı işlədiyi mal-qara fermasında özünü kəndirlə asaraq intihar edib. Məlumata görə, iki dəfə ailə həyatı quran və 2 uşaq anası olan Zümrüd Süleymanova sonuncu həyat yoldaşından ayrıldığı üçün özünə qəsd edib. Onun valideynləri və yaxın qohumları tərəfindən tərk edildiyi bildirilir. 
Faktla bağlı Ağsu Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır. 
 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1167
avatar

Oxşar yazılar