
Mənzildən bu qədər qızıl oğurlandı
0
0
Yasamal rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinə Yeni Yasamal-1 yaşayış sahəsindəki mənzillərin birindən oğurluq edilməsi barədə müraciət daxil olub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Lent.az-a verilən məlumata görə, müraciətlə əlaqədar dərhal polis əməkdaşları həmin ünvana gəlib, müvafiq araşdırmalar aparılıb. Ev sahibi 210 manat pulunun və 30 min manat dəyərində qızıl-zinət əşyalarının oğurlandığını bildirib.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində bu cinayət əməlini törədən 2 nəfər müəyyən edilib. Əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən, əvvəllər də analoji cinayətə görə dəfələrlə məhkum olunmuş Mingəçevir şəhər sakini Nahid Soltanov və Bakı şəhər sakini Elvin Abbaslı 29-cu saxlanılıblar.
Faktla bağlı araşdırma aparılır.
0
0