28 May Respublika günü ilə bağlı Şəmkir rayonunda izdihamlı tədbir keçirilib. Lent.az-ın məlumatına görə, tədbirdən öncə Rayon İcra Hakimiyyətinin Başçısı Alimpaşa Məmmədov, Şəmkir Hərbi Birləşməsinin komandiri, general-leytenant Rövşən Əkbərov, rayon hüquq mühafizə orqanlarının, eləcə də idarə və təşkilatların rəhbərləri Heydər Əliyevin abidəsini ziyarət ediblər. Azərbaycan xalq Cümhuriyyətinin 97-ci ildönümünə həsr olunmuş tədbir Heydər Əliyev Mərkəzində davam etdirilib. Tədbirin rəsmi hissəni giriş sözü ilə açan Şəmkir rayon İcra Hakimiyyəti başçısının müavini, YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev Cümhuriyyətin yaranma tarixindən və fəaliyyətindən geniş söz açmışdır.
Daha sonra tədbir dəyirmi masa ətrafında davam edib. Dəyirmi masada iştirak
edən Şəmkir rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov Cümhuriyyət tarixi haqqında geniş söz açıb. Tədbir qarşılıqlı fikir mübadiləsi ilə davam etdirilib, tarixçilər Cümhuriyyətin tarixi haqqında öz fikirlərini bildiriblər.