Bakıda oğurluq etmiş şəxs tutulub. Lent.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Metropolitendə Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 28-də Bakı şəhər sakini Dilarə Şahverdiyevanın çantasından 120 manat pul və 2 ədəd mobil telefon oğurlamış Hacıqabul rayon sakini, əvvəllər məhkum olunmuş Əfqan Hüseynov tutulub.
Araşdırma aparılır.