Fövqəladə Hallar Nazirliyindən Lent.az-a verilən məlumata görə, Zuğulba-3” sularda xilasetmə məntəqəsinin qadağan olunmuş ərazisində, çimmək qadağandır nişanına və xilasedicilərin təlimatına məhəl qoymadan, 1992-ci il təvəllüdlü İsmayılov Qabil İbrahim oğlu dənizdə çimərkən boğulmaq təhlükəsiylə üzləşmiş və məntəqənin xilasediciləri tərəfindən sudan çıxarılıb.
Vətəndaş Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkim briqadasına təhvil verilib. Lakin xəstəxanaya aparılarkən yolda keçinib.