Bakıda qısqanc kişi qeyri-rəsmi yaşadığı qadını bıçaqlayıb. Bakı şəhər, Baş Polis İdarəsinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, hadisə iyulun 27-də Lökbatan qəsəbəsində baş verib.
Qəsəbənin S. Orucov küçəsində yaşayanlar 1989-cu il təvəllüdlü Göyçay sakini İlqar Qocayev qısqanclıq zəminində 1985-ci il təvəllüdlü Rəna Qocamanovaya bıçaq xəsarəti yetirib. Törətdiyi cinayət əməlindən sonra İ. Qocayev könüllü olaraq Qaradağ RPİ 10-cu PB-ə gəlib.