Daha bir sevgi dramı -<span style="color:red;"> TƏFƏRRÜAT
12 iyun 2014 17:48 (UTC +04:00)

Daha bir sevgi dramı - TƏFƏRRÜAT

0

 

Dünən Xaçmazda baş vermiş intihar hadisəsinin təfərrüatları məlum olub. Lent.az-ın anspress-ə istinadən məlumatına görə, Nabran ərazisindəki meşəlikdə 1992-ci il təvəllüdlü Şəhriyar Rafiq oğlu Fətəliyevin meyitini əmisi aşkarlayıb.
 
Bildirilir ki, Şəhriyar Fətəliyev yenicə hərbi xidmətdən qayıdıbmış. Əmisilə birlikdə Nabran ərazisində nəzarətçi işləyirmiş. O, 1 il nişanlı olub. 2 ay bundan əvvəl isə qız tərəfindən nişan pozulub. Lakin Şəhriyar Fətəliyev nişanlısını çox sevib və qızdan ayrılmaq istəmirmiş. Qız tərəfi isə bunu nəzərə almayıb. Şəhriyar Fətəliyevin məhz bu səbəbdən həyatına qəsd etdiyi güman edilir.

Qeyd edək ki, Xaçmazda ötən ay da buna oxşar intihar hadisəsi baş verib. İki yeniyetmə sevgili eyni vaxtda və eyni yerdə özlərini öldürmüşdülər.
 
 
*****
 
11 iyun 21:24
 
Bu gün axşam saatlarında Xaçmaz rayonunda intihar hadisəsi baş verib.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, Xaçmaz rayonu, Qaracəlli kənd sakini 1992-ci il təvəllüdlü Şəhriyar Fətəliyev özünü yaşadığı evin  həyətyanı sahəsində  asıb.

 

22 yaşlı gəncin intihar etməsi səbəbi  məlum deyil.

 

Faktla bağlı Xaçmaz rayon Prokurorluğunda araşdırma aparılır.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2597

Oxşar yazılar