Zaqatalada 23 yaşlı gənc özündən 23 yaş böyük kişini öldürüb. Zaqatala rayon Polis Şöbəsindən Lent.az-a verilən məlumata görə, rayon sakini 1968-ci təvəllüdlü Ələsgərov Səbuhi Hüseyn oğlu bıçaqlanaraq xəstəxanaya yerləşdirilib və orada ölüb.
Polis və prokurorluq orqanlarının əməkdaşların keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni xuliqanlıq zəminində törədən 1991-ci il təvəllüdlü Kamran Məmmədov tutulub.
Kamran Məmmədovun narkotik maddə aludəçisi olduğu və hadisəni xuliqanlıq zəminində törətdiyi bildirilir. S.Ələsgərova gəlincə, onun daha əvvəl narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə məhkumluq həyatı yaşadığı bildirilir.
Faktla bağlı başlanmış cinayət işinin istintaqı davam etdirilir.