21 yaşlı gənc faciəvi şəkildə öldü
28 iyul 2014 10:15 (UTC +04:00)

21 yaşlı gənc faciəvi şəkildə öldü

0

Yuxarı Şirvan kanalında 21 yaşlı oğlan boğulub. Lent.az-ın Fövqaladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə kanalının Göyçay rayonu, Hacalıkənd kəndi ərazisindən keçən hissəsində “Mingəçevir” sularda xilasetmə məntəqəsindən təxminən 130 km məsafədə, nəzarət olunmayan ərazisində baş verib.

 

1993-cü il təvəllüdlü Vüsal Fazil oğlu Şıxəliyevin batmış cəsədi Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən batdığı yerdən 5 km aralıda tapılaraq sudan çıxarılıb və aidiyyatı üzrə təhvil verilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1179

Oxşar yazılar