Ötən ilin dekabr ayından bu il may ayının 30-dək olan müddətdə rayon ərazisindəki fəaliyyət göstərməyən ofisdən 200000 manat dəyərində müxtəlif əşya, mebel və tikinti materialları oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb.
Lent.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Binəqədi RPİ 5-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq edən Lənkəran rayon sakini Ə.Əliyev məsuliyyətə cəlb edilib.