2180 ədəd psixotrop tərkibli dərman preparatları aşkar edildi
18 sentyabr 2017 17:48 (UTC +04:00)

2180 ədəd psixotrop tərkibli dərman preparatları aşkar edildi

0

Dövlət Sərhəd Xidmətinin və Dövlət Gömrük Komitəsi əməkdaşlarının həyata keçirdikləri birgə əməliyyat-axtarış tədbirləri nəticəsində külli miqdarda psixotrop tərkibli dərman preparatlarının dəniz sərhədləri istiqamətində, İrandan Azərbaycana daşınmasının qarşısı alınıb. Lent.az-ın Dövlət Gömrük Komitəsinin saytına istinadən verdiyi məlumata görə,

Azərbaycan Respublikası vətəndaşı Quliyev Rəsul Sabir oğlu hazırda şəxsiyyəti istintaq tərəfindən araşdırılan İran İslam Respublikası vətəndaşıyla cinayət əlaqəsinə girərək satış məqsədi ilə İrandan Azərbaycana keçirilərək Astara rayonu ərazisində 2 ədəd kisədə gizlədilmiş 2180 ədəd psixotrop tərkibli "Mydrax" dərman preparatlarını götürüb hadisə yerindən uzaqlaşmağa cəhd göstərərkən Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi və Dövlət Gömrük Komitəsi Xəzər dənizində Azərbaycan Respublikasının İqtisadi Mənafelərinin Mühafizəsi Gömrük İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

 

Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 252

Oxşar yazılar