17 yaşlı oğlan göbələkdən zəhərləndi
26 aprel 2015 17:52 (UTC +04:00)

17 yaşlı oğlan göbələkdən zəhərləndi

 

Zaqatalada 17 yaşlı oğlan göbələkdən zəhərlənib.

 

Zaqatala Rayon Mərkəzi Xəstəxanasından (RMX) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, rayonun Uzun Qazmalar kənd sakini, 1998-ci il təvəllüdlü Əhməd Yasin oğlu Bəkirov aprelin 26-da saat 11 radələrində zəhərlənmə əlamətləri ilə xəstəxanaya daxil olub.

 

Hakim müayinəsi zamanı məlum olub ki, 17 yaşlı Əhməd Bəkirov yaşadığı evdə ailə üzvləri ilə birlikdə göbələk yeyib.

 

Onda göbələkdən zəhərlənmə əlamətləri olduğu üçün xəstəxanada lazımi tibbi yardım göstərildikdən sonra müalicəsini davam etdirmək üçün Bakıya – Respublika Toksikologiya Mərkəzinə göndərilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 89
avatar

Oxşar yazılar