17 yaşlı oğlan faciəvi şəkildə öldü
15 avqust 2013 11:57 (UTC +04:00)

17 yaşlı oğlan faciəvi şəkildə öldü

Avqustun 14-də Cəlilabad rayonunun Gülməmmədli kəndi ərazisindən keçən İncəçay su bəndində batmış gənc oğlanın meyiti sudan çıxarılıb. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, 1996-cı il təvəllüdlü Əsgərov Zakir Tanrıverdi oğlunun axtarışları başa çatıb. Z.Əsgərovun cəsədi Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən batdığı yerdən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

 

Əməliyyat saat 09:00-da başa çatıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1377

Oxşar yazılar