15 yaşlı qız damarlarını doğradı
08 iyun 2014 14:31 (UTC +04:00)

15 yaşlı qız damarlarını doğradı

0

Şəkidə 15 yaşlı qız intihara cəhd edib.

 

Şəki Rayon Mərkəzi Xəstəxanasından (RMX) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, ötən gün gecə saat 23:45 radələrində Şəki şəhəri,  Mikayl Müşviq küçəsi dalan 2 ev 21-də yaşayan 1999-cu il təvəllüdlü, Təhminə Ramiz qızı Həmidova sol bilək nahiyəsinin kəsilmiş və sıyrılmış xəsarəti ilə xəstəxanaya daxil olub. Araşdırma zamanı məlum olub ki, 15 yaşlı Təhminə Həmidova  intihar etmək məqsədilə ülgüc vasitəsi ilə sol biləyini doğramaq istəyib. T. Həmidovaya ilkin yardım göstərildikdən sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıb. 15 yaşlı qızın hansı səbəbdən intihar etmək istəməsi aparılacaq araşdırmalardan sonra söyləmək mümkün olacaq.

 

Fakla bağlı Şəki rayon prokurorluğuda araşdırma aparılır. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2796

Oxşar yazılar