13 yaşlı uşaq dənizdə boğulub. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, Lənkəran rayonunda dənizdə ən yaxın xilasetmə məntəqəsindən 700-800 metr aralı, nəzarət olunmayan ərazidə 2001-ci il təvəllüdlü Rizvan Sevdim oğlu Məcidov batıb. Dərhal FHN-nin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.
R. Sevdimovun cəsədi batdığı yerdən 150 metr aralıda xilasedicilər tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.