12 həyətdən oğurluq etmiş 3 nəfər tutuldu
29 sentyabr 2017 11:21 (UTC +04:00)

12 həyətdən oğurluq etmiş 3 nəfər tutuldu

0

Bakıda və Sumqayıtda çoxsaylı oğurluqlar etmiş şəxslər tutulub. Lent.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, sentyabrın 25-də Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Bölməsinə Mərdəkan və Şüvəlan qəsəbələri ərazisində 6 həyətyanı sahədən velosipedlərin oğurlanması barədə müraciət daxil olub. Yaradılan əməliyyat qrupu dərhal tədbirlərə başlayıb və tezliklə şübhəlilər müəyyən edilib. Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş Əmrah Nağıyev və Zərqələm Ələkbərov saxlanılaraq Polis Bölməsinə gətiriliblər. Tutarlı sübutlar qarşısında onlar törətdikləri əməli etiraf ediblər.

 

Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.

 

 

Bundan başqa Sumqayıt ŞPİ 1-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari ilin mart ayından iyun ayınadək olan müddətdə şəhər ərazsisindəki 6 həyətyanı sahədən təmir-tikinti alətləri, məişət əşyaları və velosiped oğurlamaqda, habelə 1 evdən oğurluğa cəhd göstərməkdə şübhəli bilinən Bakı şəhər sakini Ruslan İsmayılov da tutulub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 230

Oxşar yazılar