Xankəndidə ƏMƏLİYYAT:  çoxlu sayda silah-sursat götürüldü
06 yanvar 2024 11:21 (UTC +04:00)

Xankəndidə ƏMƏLİYYAT: çoxlu sayda silah-sursat götürüldü

0

Xankəndi şəhərində polis əməkdaşları tərəfindən döyüş silah-sursatlarının və partlayıcıların təmizlənməsi istiqamətində tədbirlər davam etdirilir.  

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, şəhər ərazisində 2 ədəd “AKS-74”, 1 ədəd “AK-74M”, 4 ədəd “AK-47”, 1 ədəd “AK-103”, 4 ədəd “AKMS”, 5 ədəd “AK-74” markalı avtomat silah, 2 ədəd “TOZ” markalı ov tüfəngi, 1 ədəd “APS” markalı tapança, 2 ədəd “Makarov” markalı tapança, 6 ədəd qumbara, 1 ədəd “PK” markalı pulemyot, 2536 ədəd müxtəlif çaplı patron, 4 ədəd süngü-bıçaq, 39 ədəd patron darağı və 30 ədəd daraq aşkarlanıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 4431

Oxşar yazılar